Düşmən atəşindən hərbi qulluqçumuz yaralanıb

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Azərbaycana məxsus ərazilərdəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

FOTO: Bu gün Ağdamda düşmənin açdığı atəş nəticəsində yaralanan hərbçimiz Dadaşov Sakit və Əliağalı kəndi istiqamətində atəşə tutulan texnikamız:

Bu xəbəri paylaşın: