Paşinyan Putinlə görüşəcək

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Bu barədə Kremlin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumatda deyilir: «Paşinyan və Putin Ermənistan-Rusiya strateji gündəliyindəki məsələləri müzakirə edəcəklər. Tərəflər həmçinin, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, Qarabağın əhalisinə humanitar yardımın verilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər”.

Bu xəbəri paylaşın: