Azərbaycan «jurnalistikası» indi də şəhid ailələrinə qazanc yeri kimi baxmaqdadır…

Dəfələrlə demişik və bir daha təkrar edirik ki, jurnalistika sahəsi lisenziyalaşdırılmalıdır. Yetən təhsili olmayan, əxlaqı və mənəviyyatı qüsurlu olan şəxs özünü «jurnalist» elan edir. Bu gün Əli Həsənov jurnalistikasının mənəviyyatca və mahiyyətcə nə olduğunu aşkar görməkdəyik.

Şəhid ailələrinə və qazilərimizə qarşı içimizdəki bir erməni «çete»si hərəkət əmri alıb. Bu iyrənc insanların bizlərə əmanət olan şəhid ailələrindən belə qazanc güdməsi Azərbaycan cəmiyyətinin hansı səviyyədə deqradasiyaya uğramasının göstəricisidir. Öncə özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən Rübabə Vəliyeva Qəbələdə daha iki şəhid ailəsində çəkiliş apararkən pul istəyib. Bu gün isə Qəbələdən olan şəhid Elməddin Mustafayevin ailə üzvləri özünü televiziya işçisi kimi təqdim edən fırıldaqçının qurbanına çevrilməsi barədə məlumat yayılıb. Məsələni gündəmdə saxlayıb ictimai qınaq obyektinə çevirən əsil jurnalistlərimizə «sağ ol» deyirik.

Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini İslam Səfərov bildirdi ki, bu erməni xislətli saxtakarlar şəhid ailələrinin o müqəddəs duyğularını al-ver obyektinə çevirməyə çalışırlar. Belə mənəviyyat «tacirlərinə», jurnalistlik adıyla yolçuluq, dilənçilik edənlərə bu ölkəni dar etmək lazımdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) bütün bölgələrdə şöbələri fəaliyyət göstərir. Belə hallarla üzləşən şəhid ailələri bizim şöbələrimizə məlumat versinlər.

P.S. Deyilənə görə bu ölkədə, şərəfsizlik, vicdansızlıq universitetləri və fakültələri yoxdur, bəs bunca şərəfsizlər, vicdansızlar haradan çıxdığını kimsə bilmir…

Elnur Səlim

Bu xəbəri paylaşın: