Blogger haqsızlığa üsyan etdi…

Blogger Mehman Hüseynovun rəsmi səhifəsində paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

«Bunun adı saxtakarlıq, ədalətsizlik, haqsızlıq, alçaqlıqdır! Oxuyun, Paylaşın!

Mudafiə Nazirliyi çıxıb açıqlama versin! Görün bu ölkədə kimə dəyər verilir! Daha bir biabırçılığın üstünü açdıq. Məlumatlar var idi ki, şəxsən Müdafiə naziri Zakir Həsənov pul muqavilində bir çox məmur balasına öz imzası ilə “Fəxri Fərman”lar verib, amma bununla bağlı heç bir fakt yox idi. Ona görə də bu məlumatı paylaşa bilmirdik.

Təsəvvür edin, döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilərinin bəziləri medalsız qalıb, bir neçə gündür buna görə nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanılırlar da ki, «medala görə döyüşmüsüz?!» Bu, medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Bir çox hərbçilərimizə haqsızlıq, ədalətsizlik olunub. Amma müharibədə iştirak etməyən məmur balalarına nazir Zakir Həsənov tappa tarap fəxri diplomlar paylayır.

Mudafiə Nazirliyi bu diplomları məmur balalarına verərkən tapşırmışdır ki, qəti heç yerdə bunu paylaşmasınlar, mətbuatın əlinə düşməsin! Möcüzə nəticəsində bizim əlimizə düşdü.

Bu da fakt. “Fəxri Fərman” Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan ordusuna maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə təltif olunur: Ənvərli Ənvər Adil oğlu.

İmza: nazir Zakir Həsənov.

Bəs Ənvərli Ənvər Adil oğlu bilirsiz kimdir?

(https://www.facebook.com/100044684852582/posts/337528157746677/) Bir neçə gün öncə paylaşdığımız, 3-4 milyonluq qaraja sahib olan, korrupsioner, Sabunçu ərazisini öz obyektləri kimi işğal etmiş, Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğludur. Başa düşürsüz, indi bu ölkədə kimə dəyər verilir?

Bu qədər haqsızlıq olar? Bu qədər ayrı-seçkilik olar? Bu qədər biyabırçılıq olar? Xalqın gözü tərəzidir.

Yadınızda olar, Vətən müharibəsi zamanı bir çox ictimai fəal, bir çox həqiqi vətənpərvər iş adamları ordumuza dəstək aksiyası keçirib, hər gün cəbhə xəttinə maşın təkərindən tutmuş, isti coraba qədər aparırdılar. Kimsə həmin ictimai fəallardan nazir Zakir Həsənovdan “Fəxri Fərman” alıbmı? Kiməsə təşəkkür diplomu verilibmi? Xeyr!

Maraqlanmışıq, həmin ictimai fəallardan, hansılar ki, gecə-gündüz dayanmadan ordumuza dəstək olurdular. Onların arasında Bəxtiyar Hacıyev, Elnur Əliyev, Haldun Novruzov və bir neçə digər şəxslər var idi. O adamlar bildiriblər ki, bu kampaniyaları, bu işi diploma görə etmədilər, amma onlara Mudafiə Nazirliyi quru təşəkkür belə etməyib. Dedilər ki, «onlara bizim kimi gənclər yox, məmur balaları lazımdır».

Və ya götürək sadə vətəndaşlarımızı, hansılar ki, vətən müharibəsi vaxtı ordumuza maddi və mənəvi dəstək olurdular. Onların nəyi əksikdi məmur balalarından?

Nazir ancaq saxta vətənpərvərlər, pullu məmur balalarına Fəxri diplom verib. Bax belə.

Get müharibədə döyüş, canını ver, şəhid ol, qazi ol sənə dəyər verilməsin, medal verilməsin çünki sən kasıb balasısan. Amma muharibədə iştirak etmə, büdcədən pulu dədə malı kimi tala, oğurlanan pullardan zorla məcbur edilib Mudafiə Nazirliyinin hesabına vəsait köçürt, atan yüksək vəzifədə olsun, onda sənə Fəxri Diplom da veriləcək, medal da. SAXTAKARLAR!»..

Bu xəbəri paylaşın: