Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib.
Onun istefa ərizəsi ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən yayımlanıb.
Bildirilib ki, Ukrayna Ali Radası istefa məsələsinə iyulun 15-də baxacaq.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov Ukraynada hər zaman Azərbaycana qarşı ermənipərəst siyasəti ilə fərqlənib. O, 24 apreldə öz facebook səhifəsində qondarma erməni soyqırımı ilə bağlı paylaşım edərək prezident Zelenskinin dövlət məmurlarına bu cür hadisələrə münasibət bildirməmək qadağasına da əks mövqe sərgiləymişdi. Azərbaycanlılara qarşı Ukraynada baş verən cinayətlərdə də Avakovun əlinin olması barədə məlumatlar vermişdik.

Aldığımız bilgilərə görə, Avakovun Ukrayna dövlətinin rəsmi təmsilçisi olmasına baxmayaraq, 44 günlük Qarbağ müharibəsi dövründə Qarabağda ermənilərini dəstəkləmək üçün Ukraynadakı bütün erməni icmasına göstəriş verdiyi deyilirdi. Hətta bildirilirdi ki, bundan boyun qaçıran bəzi ermənilər isə xüsusi qrup tərəfindən ağır cəzalandırılırdı. Sumqayıtda olduğu kimi. Onun özü Ermənistana 4 milyon dollar ianə etmək istəsə də iddialara görə, hesabı bundan xəbər tutan hakimiyyət dairələri tərəfindən “blok” edilib.
Azərbaycanlılara qarşı bir çox cinayətlərdə və 2015-ci ilin iyun-avqustunda Xersonda 3 azərbaycanlı biznesmenin öldürülməsində də Avakovun adı hallanır. Ümumiyyətlə, Avakovun Ukraynada xalqı arasında mənfi imicə sahib olması danılmazdır və Zelenskinin bu mafiozu vəzifədə saxlaması daim qınaq obyektinə çevrilmişdi.

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub. Bu şəxs hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskidir.
Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də keçiriləcək iclasda baxması gözlənilir.
Fedai.az
