Ağlın olsun, Qurban Məmmədov! Bu adam danışmayanı susmaqda, danışanı isə danışmaqda suçlayacaq qədər axmaqlığa düçür olub. Bu «88-problu» adam öz missiyasını hələ də həyata keçirməkdədir. Danışdığı «Tərtər işi» ona tribuna qazandırıb və bu xalqa ikrah edəcək ən son adam olduğunu belə bu tribunada unudub. Sizə kim haqq verib ki, ömür boyu çörəyini yeyib xəyanət etdiyiniz xalqı durmadan təhqir edirsiniz?
Bu «ÇeTe» 90-cı illərdə Azərbaycan Dövlətinin başına gətirdikləri oyunların yeni üsullarını tapmağa çalışır. Biz sizləri unutmadıq. Tar-mar olunan hər bir daşın altında, məhz sizlərin barmaq izləriniz var. Anla ki, günahlar barmaq izlərini dəyişmir. Bu yolda təcrübələri bir vaxtlar Azərbaycana qarşı ABŞ — ın qəbul etdiyi «Azadlıq Aktına 907-ci düzəliş» də Qurban və onun kimilərinin əməlləri sayəsində, ermənilərlə birgə olduqları üçün qəbul edilmişdi. Ortada yəqin ki, yeni sifariş var. Bu «88» problu adamlar kodlaşdırılmış və Vətənə müxalif olan şəxslərdir. Zərər çəkmişlər bu işin sonunda dözə bildikləri və ittiham olunduqları günlərə şükür edəcəklər. Çünki artıq Qurban Məmmədovun planları ortaya çıxıb. Bu adam sizlərdən tramplin kimi istifadə edərək, Avropada siyasətçi kimi status almağa çalışır.
Q. Məmmədov zorən jurnalist kimi tez-tez bir fakt istəyir. Məsələn, Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib: «Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi.
Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi».
Gedin araşdırın. Söz sənəd deyil. 100 adam da danışdırdın, yekun olaraq ortaya Seysulan və Talış xəyanəti çıxdı. Demək ki, özünüz də bilmədən araşdırılan faktı təsdiq edir və yenə də Hərbi prokurorluğu ittiham edirsiniz?
Özü də utanmadan erməniyə «arxa satmağı» təbliğ edərək deyirsiniz: «Bir adamın öz arxasını satması Vətənə xəyanət deyil». Bir arxa ki, qucaqda oturmağa öyrəşdisə, Qurban bəy, onun tövbəsi olmaz, amma xəyanəti çox olar. Hələ kadra alınanlar varsa kimin tərəfindən edildiyi üzə çıxarılmalıdır. Sabah bu canlı «bombaların» harada partlaması şantajçının sifarişindən asılı ola bilər. Bunu edənlər tapılmalıdır. Bu iş ordu daxili bir qanunsuzluqdur və bu qanunsuzluğa görə 11 nəfəri bəyənmədiyiniz Hərbi Prokuror Xanlar Vəliyevin başçılıq etdiyi orqan həbs edib. Edilən bütün müraciətlərə cavab verilib və yəquin ki, zərər çəkənlər də hüquq müstəvisində öz haqlarını sübut edəcəklər. Özünə hüquqşünas deyən birisi bu prosedurları heç olmasa bilməlidi. Bilmirsinizsə, öyrənin. Boşuna bəlağətli çıxışlar edib auditoriya ilə oynamayın.
Amma Qurban və İlham adlı köməkçisinin güya canları yanmış kimi çıxardığı «şəbihlərə» baxanda, nədənsə yadımıza Mirzə Fətəlinin «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur» əsərində dərvişin Parisi dağıtması düşür:
Məstəli şah. Əleykəssəlam! Xurcunu yerə qoy, ağzının bağını aç, içində, üstündə əşkal çəkilmiş taxta parçaları çıxart!
Qulaməli (farsi dili ilə ki, oturan ünas tayifəsi anlamasın). Mixahi çe bekoni?
Məstəli şah. Mixahəm ki, heykəli-şəhri-Parisra bərpa nümudə, bədivhə və ifritha hökm günəm ki, dər türfətüleyi zirü zəbərəş künənd: misli onki əlan dər pişi-çeşmi-in xatun (gözü ilə Şəhrəbanu xanıma işarə edir) mən heykələşra zirü zəbər xahəm gərd.
Qulaməli (gülümsənmiş). Vase çe?Məstəli şah. Vase səd danə bacaqluyi-tazə ki, hala əz in xatun bərayi-həmin mətləb xahəm gereft.
«İn tayifeyi-zənan əcəb biçarə və sadəlövhənd, biduni-təsəvvür və təəmmül bavər mikünənd ki, mən dər Qarabağ nişəstə Parisra dər türfətüleyn zirü zəbər mitəvvanəm kərd və ya Mərrixət dər on tərəfi Ərəs kərdəni müsyö Jordanra vəqti rəftən mitəvanəd zəd»-deyən Məstəli şahdan Şəhrəbanu xanım nə oxuduğunu soruşanda deyir: «Məhzər oxuyuram, xanım ki, işimiz avand olsun».
Qurban Məmmədov da hərdən siyasi mühazirələr oxuyanda eyni sualla rastlaşır və nə cavab verdiyi də elə Dərviş Məstəli şahın fikrindən fərqlənmir. Dərvişin dediklərini nə qədər anlayırsınızsa, miqrantın da dedikləri bir o qədər anlamlıdır. Dərviş Məstəli şah Parisi, miqrant Qurban bəy isə Bakını dağıtmaq istədiyini söyləyir…
Fedai.az Araşdırma Qrupu
