Əhmədovun 186 milyonu Tatyanaya getdi

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsinə son qoyulub. Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar təzminat ödəməyə razı olub.

Tatyana Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Təzminat 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədərdir. Yeni qərarla Fərhad Əhmədovun 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası «Luna” özündə qalacaq.

Fərhad Əhmədov açıqlamalarından birində ilk həyat yoldaşının ona oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini, 2000-ci ildə ondan boşandığını bildirmişdi.

Atmaca: Tatyanaya 186 milyon dollar tapan milyarder Əmədovun Azərbaycandakı işçiləri «1 abbasılıq» əmək haqqlarını ala bilmədiklərini sosial şəbəkələrdə yaymışdılar…

Bu xəbəri paylaşın: