AVMVİB rəhbərliyi, Fədai. az kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, ehtiyatda olan kapitan Yalçın Abbasovu dogum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun,onu xoşbəxt edəcək şəkildə keçsin. AMİN
Müharibə veteranı, ehtiyyatda olan kapitan Abbasov Yalçın Ismayıl oğlu 18 iyul 1972 -ci ildə anadan olub.
O, 1991ci ildə Yerli Sənaye Texnologiya Texnikumunun arxivşünaslıq və kargüzarlıq ixtisasını bitrib. Həmin ilin dekabr ayının 16 — dan Silahlı Qüvvələrdən ehtiyyata buraxlana kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov, Agdam (Ağdərə) və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə sanitar-təlimatcı, tədris alayının tərbiyə bölməsində təlimatcı, Daxili Qoşunların Baş İdarəsinin Mətubat xidmətində isə zabit kimi xidmət edib.
Y. Abbasov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda (Agdam, Agdərə və Füzuli rayonları istiqamətində gedən) döyüşlərdə sanitar təlimatcı kimi üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
O, Daxili Qoşunlarda xidmət edərkən Daxili Qoşunların qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müvafiq reportajların cəkilməsində qələmə aldıgı bütun məlumatların Daxili İşlər Nazirliyinin «Mübariz keşikdə» qəzetində və Daxili Qosunların «Əsgər » qəzetində, eləcədə müxtəlif mətbu orqanlarda dərc olunmasında onun rolu danılmazdır.
Yalçın Abbasov bir müxbir kimi həyat və iş dövründə daimi həqiqətlərə hörmət, insan ləyaqətini üstün tutmaq və cəmiyyəti düzgün informasiya ilə təmin etmək prinsiplərini üstün sayıb.
Ehtiyyatda olan kapitan Yalcın Abasov peşəkarlığı, humanistliyi və səmərəli təklifləri ilə ömrünün ən məhsuldar dövrünün 21 illk şərəfli xidməti yolunu Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib.
Müharibə veteranı, ehtiyyatda olan kapitan Y. Abbasov Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin və Daxili Qoşunların Baş İdarəsinin Mətbuat xidmətinin əsasnaməsinin tələblərinə və vəzifə borcuna əməl etməsinə məsuliyyətlə yanaşmışdır.
Onun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək qiymətləndirililib. Y.Abbasov Daxili İşlər nazirinin və Daxili Qoşunlar komandanının müvafiq əmrləri ilə bir sıra medallarla, döş nişanları ilə, «Fəxri Fərmanlarla» “Pul mükafatları” ilə və “Qiymətli hədiyyələrlə” mükafatlandırılıb.
Ehtiyyatda olan kapitan Yalçın Abbasov Daxili Qoşunlaradan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra bir müddət Daxili Qoşunların Veteranlar şurasının üzvü olub.
Yalçın Abbasov hal-hazırda “Baki Xəbər” qəzetində işləyir.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini Polkovnik Salman Musayev








