TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!

Taryel Azərtürk

TARİXÖNCƏKİ TÜRKLƏRİN QURBAN BAYRAMI VƏ ONUN TƏZƏ GƏLMİŞ YUNANLARA TƏSİRİ

Bu bayram barədə ilk məlumatı bütün müqəddəs kitablardan alırıq. Çoxlarının mənşəcə türk saydıqları İbrahim və Nuh peyğəmbərlərin Allaha qurban gətirdikləri barədəki informasiyalar, demək olar, hər kəsə bəllidir. Lakin tarixöncəki türklərin bu bayramı kütləvi şəkildə qeyd etdikləri barədəki xəbərlər hələ ədəbiyyatda işıqlandırılmayıb.

Eradan əvvəl 496/7-də anadan olub 92 yaşında dünyasını dəyişmiş (406/5) yunan faciə üzrə dramaturqu Sofoklun (Σοφοκλῆς, Sophoklēs) əsərində TİRREN (TURAN- T.A.) xalqı kimi qeyd etdiyi PELASÇIlarda yunan ənənəsinə qəti dəxli olmayan «KARBANA AUDAN» adlı bir adətdən bəhs edilir. Bu adət İbrahim peyğəmbərin oğlunu təqribən 3650 il bundan qabaq qurban gətirməsi hadisəsndən çox-çox qədimdir.

Pelasqlarda qurban ayini



Təqribən 3000 il bundan öncə, yunanlar tərəfindən iqtibas edilmiş “Kurbana Audan” Pelasçı ənənəsi bütün türk xalqlarında, hətta eramızın 13-cü əsrində xristianlığı qəbul etmiş oğuz türkləri Qaqauzlarda belə bu günə qədər qeyd edilsə də, statusu azacıq dəyişmiş halda, yəni “müsəlman bayramı” kimi qeyd edilir. Mən deyərdim ki, bütün türk xalqlarında öz əski əcdadları barədəki yaddaş qatı dumanlığa qərq olmuş vəziyyətdədir.

Sofokl izi itmiş “İnax” pyesinin bir fraqmentində Qerı təpələrindəki Tirren (Turan) mənşəli xalq adlandırdığı pelasçılar və ya pelasqlar arasında yaşayan və Yer kürəsində ən qoca və 7 min il ərzində aravermədən sakinləri var olmuş Arqos şəhərinin ilkin hökmdarı İnax (yunanca İnachos) barədə yazır.

Ondan bəhs etmədən öncə qeyd edim ki, Arqos adının mənşəi barədəki fikirlərdən dominantlıq edəni – onun şəhərin ilkin məskunları pelasqların dilində düzənlik sözündən gəldiyi fikridir. Bizdə — meydan, açıq yer, boş yer, DÜZƏN mənalarını verən və əfsus ki, ərəbdən alındığı iddia edilən ƏRSƏ sözü pelasq mənşəli Arqos toponimi ilə oxşardır. “Meydan da bizim, ərsədə cövlan da bizimdir (M.Ə. Sabir).

Bir çox yunan müəlliflərində Tirren mənşəli pelasçı və ya pelazçılar (sonrakı yunancada Patzinaka) dini ayin kimi icrası yapılan heyvankəsmə mərasiminə (QURBAN VERMƏ) ilkin riayət edən xalq kimi gedir.

Sofoklu və digər antik yunan yazarlarını bu dərəcədə təəccübdə buraxmış “KARBANA AUDAN” mərasimi nə deməkdir?

Herodot yazır ki, Kəbir kultunu yunanlar pelasçılardan iqtibas etmişlər. Elə bu məşhur müəllif də qeyd edir ki, «Ümumi rəyə görə, KƏBİRlər böyük allahlar olub, insanı bütün təhlükə və fəlakətlərdən xilas etmək gücünə malikdirlər».

Bu, hər şeydə əfsanə axtaran yunanların, onların «Tarixin atası» adlandırdıqları müəllifin fikridir. Onların buraxdıqları tarixi səhv göz qabağındadır. Yunan nədənsə Yerdəki həyat gerçəkliklərini daima göylərdə, boş səmalarda, boş nağıllar arxasında axtarmağa üstünlük verib. Həddən artıq cəlbedici görünən yunan mifləri həqiqətlərin təhrif olunmuş inikasından başqa bir şey dəyil. Biz əski türklərdə bu qədər əfsanəyə, boşluğa varıb da yüzlərlə yalançı allahlar yaradıb onları fetişləşdirmək xasiyyəti olmayıb. Mixi yazılardan aşgar edə bildiyimiz mətnlər, yalnız tarixi reallıqların əksidir.

Kəbir mixi yazılarda rast gəlinən termin olub, türkcə ağır, ən ağır günah deməkdir. Bu adda dağ vaxtilə ətəklərində türklərin yaşadıqları Türükkü dövlətində, indiki Luristanda bu gün var olmaqda. Yalnız dağ sözünü farslar kuh`la əvəz edərək onu bu gün Kəbir kuh (Ağır günah dağı) adlandırırlar. U dağın Şikafi Gülgül zirvəsində türükkülərin 41 sətirlik türkcə yazısı deşifrə edilib. Deməyim odur ki, Kəbir sözünün nə yunanla, nə farsla, nə ərəblə heç bir əlaqəsi yoxdur. Bəs niyə yunanlar pelasçı türklərinin «Kəbiri Qurbanla Ovudan» ayinlərindən özlərinə «Kəbirə allahları» qayırıb uzun əsrələr boyu da onlara sitayiş etmişlər?
Axı necə ola bilər ki, allahın qarşısında tutulan hər cür pis, bəd əməl, günah allah səviyyəsinə qaldırılsın?

Günahları yuyub allah (inanc) qarşısında krsital kimi saf olmaq hər iman adamının müqəddəs borcudur. Belə olduğu halda, 7-8 min il öncəki pelasqlar da, günahlarını inanc bəslədiklərinin qarşısında onlara heyvanları qurban gətirməklə başa vurublar. Göründüyü kimi, Qurban kəsmək, İbrahim peyğəmbərdən çox-çox (3-4 min il ! ) qabaq olub və qətiyyən ondan qalma adət deyil. Yaşı cəmi-cümlətanı 1300 il olan islama da aid edilə bilməz o. Bu ayinin bəşərin yaşı ilə bərabər sinni vardır. İnsan daşa-qayaya, ağaca, suya, xüsusilə, Şəməşə (Günəşə), Aya, Yerdəki Müqəddəs Oda (Adərə-Atəşə) inanan gündən onlar qarşısında paklığa can atıb. Bu paklığa çatmağı isə, o, bəslədiyi heyvanları qurban gətirməklə həyata keçirib. Burda müsəlmançılığın heç bir rolu ola bilməz və yoxdur. İlkin xalq olan pelasçılar Kəbirlərini Ovutmaq üçün (yunan müəlliflərində o, azacıq deformasiya ilə Kabire Audan kimi gedir) öz allahlarına QURBAN gətirməyi üstün tutublar.

000 il bundan öncə Balkanlardan hücum çəkib pelasqları, tevkirləri, ete el türklərini, indiki Ellin Yunanıstanından və Turandan (Kiçik Asiyadan — Türkiyənin qərbi) qova bilən yunan tayfaları ахеylər, ionionlar, kidon və dorilər Türk-Turan xalqı olan pelasçılarda gördükləri Qurban ritualını çox bəyənirlər. «Bütün bu ritual nə üçündür?», yunan pelasçıdan soruşur.

O: » – İnsan həyatı boyu tutduğu kəbirini ovutmaq üçün allahına sevdiyi heyvandan QURBAN verməlidir.» Buradan Kəbir (ağır günah) sözü təzə gəlmiş yunanlarda allah kimi qəbul edilir. Onlar elə bilirlər ki, türklər Kəbir adlı allahlarına QURBAN verirlər.

Bundan sonra yunanlarda «Kebirə allahları»na səcdə başlayır. Onlara hətta müxtəlif adlar verilir: Aksiokera, Aksiokersos, Aksiokeso, hətta şüurlarda onların xidmətçiləri də yaradılır: Kasmilos, Kadmilos. KƏBİRƏ ALLAHLARININ şərəfinə inam məbədləri inşa edilir, bayramlar keçirilir, qurbanlar kəsilir, pyeslər yazılır, oynanılır, onlara inam o qədər geniş vüsət alır ki, az qala, rumların zəbt etdikləri bütün şəhərlərə yayılır. Beotiya, Samofrakiya, Delose və Lemnosda bu cür Türkdən alınma allahlara ehtiram daha çox yayılmış olur.

Divar rəsmi: Pelasqlarda qurban



3000 il qabaq yunanları kökündən silkələyən Türkün AĞIR GÜNAHLARI OVUDAN (SAKİTLƏŞDİRƏN, SARSIDAN) QURBAN BAYRAMI bu gün islam bayramı sayılması daha bir tarixi həqiqətin deformasiyası olsa da, onu tam ört-basdır etsə də, yaxşı ki, o yaşayır və tərəqqi edir.

Şəkildə — Pelasqda ilkin qurbanlıq ayinlərinin əks olunduğu əsərlər.

Tarixöncəki türk dövlətləri — I Pelasaqiya və II Pelasaqiya (Herodota görə);

Türklərin Turandan qovulması təqribən 3000 il qabaq baş verib. Bu, tarixə Troya müharibəsi kimi düşüb (Homer, İliada).

Bu xəbəri paylaşın: