Sosial şəbəkələrdə koronavirusun pandemiyaya çevrilməsini qorxu içində yaymaqdadırlar. Bu qorxu cəmiyyətin şah damarına çevrilir…
Ən maraqlısı budur: «Süni şəkildə yaradılmış qorxu və şaiyələr idarə olunandır. Dərin köklərə malikdir. Amma media tərəfindən şişirdilmiş bu kollektiv qorxu müxtəlif vasitələrlə insanların beyninə yeridilir.Əslində məqsəd bu şişirdilmiş problem vasitəsilə qlobal böhrandan çıxmaq pərdə arxasında tutulur. Daha gizlin saxlanan bir məsələ Dünya düzəninə nəzarət etməklə vəzifələndirilmiş IV Roma ilə yeni mərkəzləşməkdə olan V Roma rəqabətidir. Yəni Çin + Din və ABŞ.
Məqsəd insanlar üzərində nəzarəti gücləndirmək, iqtisadiyyatı çökdürmək, bu yolla ölkələri xaosa soxmaq və yeni dünya nizamına keçid üçün zəmin hazırlamaqdır.
Onların fikrincə insanlar tənbəlləşib məhsul yarada bilmirlər. Mallar və xidmətlər yaratmadan texnoloji zəncirlər dağılır, iqtisadiyyat çökür. Mallar daha da azalacaq, ancaq yemək lazımdır və insanlar yaşam uğrunda mübarizəyə başlayacaqlar.
Bundan sonra qlobal diktatorluq üsul-idarəsinin diqtəsi ilə iqtisadiyyatın tam nəzarətə alınmış rəqəmsal və şifrəli yeni tipi meydana çıxacaq və köhnə dünyadan qalmış bütün qanunlar və insan haqları tarixin zibilliyinə atılacaqdır.
Rəqəmsal bir dünyada hər kəs nömrələnib şifrələnəcək. Müharibə ilə bu işi bacarmadılar. Çünki xərclər borcu ödəməyə bilərdi. Hazırda bir virusu ortaya salıb işlərini görürlər. İnsan iradələri ram edilir və bu tamaşada hər birimizin rolu var. 210-dan artıq səhnədə eyni tamaşa oynanılır. Üstəlik, bu tamaşa təbliğ olunur. Bütün media orqanları, sosial şəbəkələr səfərbər edilib.
Şər hökmranlığının 467-ci ilində bu hökmranlığın kahinləri insanların ağlını belə nəzarətə götürməklə kollektiv zəkaya hakimlik etmək istəyirlər. Biz özümüz də onlara bizi kölə-qullara çevirməyi planlamış bir dünya yaratmalarına kömək etməkdəyik.
Belə bir vəziyyətdə insanlar öz iradələrini ifadə edə bilməyən sürüyə çevrilir.
Bilməlisiniz ki, pandemiya, İnsana qarşı hazırlanmış bir informasiya və psixoloji müharibədir. Koronavirus qəsdən etiraz edən ölkələrdə daha geniş miqyasda yayılmaqdadır və nəticələr göz önündədir. Koronavirusun yayılması anlarında hər zamanki kimi özünüzü qorumalısınız.
Məqsəd inkişaf prosesini dayandırmaqla insanları əsarət altına almaqdır. Hazırlıq tamamlanmaq üzrədir, indi dünyanın hökmdarları planlaşdırılanları həyata keçirməyə çalışırlar. Dünya dönməz şəkildə dəyişir — indi dəyişiklik dövrüdür.
Bizlər bu oyunların kölgəsində əldə etdiyimiz zamanı ruhani durumumuzu, ağlımızı aydınlada biləcək elmlə, insani duyğulara zaman ayırmalıyıq. İnsanın həyatda yaşadan təkcə ölüm qorxusu olmadığını öz qəlbinizin səsiylə ayırd etməyə çalışın.
Hər kəsin özündən uzaqlaşıb, Tanrının hökmünə əsaslanan bir biçimdə, onun qanunlarına uyğun olaraq yaşayan bir kamil insan olana qədər, bəşəriyyət qlobalistlər üçün öz kəsimini gözləyən bir qoyun sürüsü olaraq qalacaqdır.
Yalnız mədəsini doldurmaq üçün, bu qlobalistlər üçün öz xalqının sərvətlərini talamış millət və xalqları tarix səhnəsindən düşürəcəklər. Ağıla, istedada və elmə can atan millətlər isə bu qorxunc İblis oyunundan xilas ola biləcəklər. Şəxsi ambisiyaları üçün yaşayan toplumlar bu dəfə də dəyişməyi və düşünməyi bacarmasalar, gələcək dünya düzənində onlar olmayacaqlar. Görəsən Azərbaycan bu oyunun harasındadır?
Bu gün koronovirus xofunu aradan qaldırmaq bu virusdan qorunmaq qədər vacibdir. Bunu edirikmi?
Dünyada 1 yanvar — 2 aprel 2020-ci il dövrü üçün aparılmış bir ölüm statistikasını diqqətinizə çatdırmaq yerinə düşər.
— Koronavirusdan — 51.560
— Mövsümü qriplərdən — 123.755
— Çirkli sulardan — 214.357
— Malyariya — 249.673
— İntihardan — 272. 956
— Avtomobil qəzalarından — 343.604
— SPİD -427892
— Alkoqoldan -636.628
— Siqaretdən -1.272.451
— Onkologiya -2.090.499
— Aclıqdan — 2.846.843
— Abortlardan — 10.819.041 nəfər…
Başqa bir maraqlı fakt isə koronavirusda orta yaş həddi ilə bağlıdır. Bu yaş həddi 79,5 — dir. Azərbaycanda bu göstərici 2019-cu il üçün 75,2 yaş müəyyən olunub (kişilər 73,1, qadınlar 77,3 — dir). BMT İnsan İnkişafına dairillik hesabatında isə Azərbaycan 187 ölkə arasında 125-ci yerdədir və orta yaş həddi isə bu sənəddə 67 yaş kimi göstərilib. Hərçənd Azərbaycan bu statistika ilə razılaşmır. Amma bizim statistikanı koronovirus vurmaqla 4500 işsiz sayı 200 mini keçdiyini nəzərə alsaq, elə 67 yaş da pis deyil. İndi biz koronovirusdan niyə qorxmalıyıq ki? Onun orta yaş həddi 79,5 yaş, bizimki isə 67, lap elə olsun 75. Allah bərəkət versin, 4 qabağayıq…
Yazını nikbin notlarla bitirək dedim. İstər Evdə qalın!, istərsə də çöldə qalın, amma özünüzü bu gizli düşməndən qoruyun. Öncə öz həyatınızı qurtarın. Sonra da dünyamızı xilas edin! Çünki Tanrı hər şeydən ucadır!
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
