Erməni casusa 10 illik həbs cəzası

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici ölkə vətəndaşı Eduard Dubakov aldığı 10 illik həbs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa, hökmdə qeyd edilib ki, E. Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

Xatırladaq ki, E.Dubakov istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ildə sosial şəbəkələrdə «Voma» təşkilatının videoçarxını izləyib:
“Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyini şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlayırlar. Rusiyada yaşamağıma baxmayaraq ata tərəfindən ermənyəm. Həmin videoya baxdıqdan sonra ermənilərə kömək etmək istədim. Ona görə də, «Voma» təşkilatı ilə əməkdaşlıq etmək qərarına gəldim. İnternet vasitəsilə təşkilata üzv oldum. 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat məni təlimlərə cəlb etdi. Təlimlərdə məqsəd Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci il yanvarın 14-də Azərbaycana gəlmişəm”.

Leyla Həsənova

Bu xəbəri paylaşın: