Ağdaşda şiddətə məruz qalan müharibə veteranının qəızıdır

Ağdaş rayonunda Bayram günü gəlinə qarşı qaynana və qayın şiddəti Azərbycanda qadına qarşı şiddət dayanmır. İnsanlıqdan uzaq, dinimzə yad, dəyərlərimizə zidd qadın döyülmələri davam edir. Sanki evə gətirilən gəlin kölə və quldur.

Bu kimi gerizəkalı insanları tam məsuliyyəti ilə hüquq-mühafizə orqanlarının istintaqına cəlb etmək lazımdır. Bu səviyyədə vəhşilik, tərbiyəsizlik olmaz.

20 iyul 2021-ci ildə Qurban bayramı günü Ağdaş rayonunda qaynana və qayın Əzizov Alay eyni həyətdə yaşadıqları gəlinə qarşı rəqəmsal cihaz üstündə güc tətbiq edərək, onu döyərək bədən xəsarətləri yetirmişlər. Qayın Əzizov Alay gəlinə yumruq vurduqdan sonra yerə yıxılan qadına təpikləmiş, sonra saçından tutaraq sürümüşdür.

Huşunu itirən qadına yaxında olan insanların köməklik göstərilməsinə mane olmuş, üzünə su çiləmək istəyənlərə, qayın Əzizov Alay: “Su tökməyin, qoyun ölsün” — demişdir. Bu zaman qaynana qışqırmışdır ki: “Gətirin dəhrəni, onun başını kəsəcəm”.

Dəhşət, ibtidai insan zehniyyəti, vəhşilik sindromu. Bu döyülmə faktıilə bağlı Ağdaş rayon Polis şöbəsində təhqiqat işinə başlanılmışdır. Zərərçəkmişin valideynləri hadisə ilə bağlı sayt (qəzet) vasitəsilə Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhqiqatın gedişini nəzarətdə saxlayaraq hüquqi yardım göstərilməsini xahiş edir.

Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edilir ki, təhqiqat işini şəxsi nəzarətə götürsün. Əmin olmaq istərdik ki, Ağdaş rayon Poliş Şöbəsində təhqiqat işi ədalətli araşdırılacaq və hadisəni törətmiş şəxslər layiqli cəzalarını alacaqlar. Redaksiya olaraq təhqiqatın gedişini nəzarətdə saxlayacayıq.

P.S. Ağdaşdan gələn məlumatlara görə vəzifəli şəxslərdən təhqiqat işinə maneçilik törətmək istəyənlər var. Bu “müdaxilə” dayanmasa vəzifəli şəxsin adını aşıqlayacayıq. Kimliyindən asılı olmayaraq əgər vəzifəli şəxs müdaxilə edirsə, o zaman bu cinayəti etmiş şəxslərlə bərabər olduğunu elan etmiş olur. Qadına qarşı şiddətə seyrçi qalmayın. Hər zaman haqqın-ədalətin yanında olun.

Qadına qarşı şiddətə seyrçi qalmayın. Hər zaman haqqın-ədalətin yanında olun. Həm də müharibə veteranı olan bir şəxsin qızına qarşı törədilmiş bu vəhşilik cəzasız qalmamalıdır. İnanırıq ki, törədilmiş zorakılıq faktı barədə ciddi araşdırmalar aparılacaqdır…

Ümid edirik yazıda gedən olayla bağlı Ağdaş rayonunun aidiyyatlı qurumları görülmüş tədbirlər barədə məlumat verəcəklər.

Fedai.az

Bu xəbəri paylaşın: