Daxili işlər orqanlarında kadr təyinatı olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb.
Xatırladaq ki, Səttar Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı «Daşaltı əməliyyatı»nda şəhid olan Nazim Məhərrəmovun oğludur. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov daim şəhid ailələrinin üzvlərini və müharibə veteranlarını diqqətdə saxlayır.
