AVMVİB Qubadlı rayon şöbəsi uşaq evində olublar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi Qurban bayramı münasibətiylə Şuşa məvburi köçkün şəhərciyində yerləşən «NUR» kimsəsiz uşaqlar evinə baş çəkib və bayram sovqatı aparıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

Müharibə veteranları adından kimsəsiz uşaqlara aparılan bayram sovqatı təhvil verilib, onların yaşam və digər sosial problemləri ilə maraqlanıblar.

Elnur Səlim

Bu xəbəri paylaşın: