
İlhami Cəfərsoy
Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
Tarixi mənbələrdə ros, rus, urus, uruş adlandırılan ruslar slavyan deyildilər.
IX-XII əsr ərəb səyyahları yazırlar ki, xəzərlərin ölkəsində slavyanlar və uruslar vardır. Urus türk tayfasıdır, onlar İtil çayı ilə ticarət edirlər. Slavyanları əsir tutub qul bazarında satırlar. Urusların ən döyüşkən dəstələri lX əsrdə Baltik dənizi sahilinə gəlib normanları özlərinə tabe etdilər.
Dnepr çayı boyuna enib Kiyev rus-norman dövlətinin əsasını qoydular.
M.İ.Artamonov 1951-ci ildə yazırdı: «Rus adında slavyan tayfası mövcud olmamışdır. Ona görə də 11 il onun kitabının nəşrinə icazə vermədilər. Xalqların çoxu məğlub ediləndə məhv olur, türklər isə bəzən qalib gələndə məhv olurdular. Çox döyüşkən olduqlarına görə özlərindən on-on beş dəfə çox olan xalqları məğlub edir, illər ötəndən sonra qalib azlıq məğlub çoxluq arasında ətiyib itirdi».
Er.əv. ll-l minilliklərə aid mixiyazılı kitabələrdə urus etnonimi -ur, -us hecalarl ilə yazılır. Bəzi mətnşünaslar onu urus, bəziləri uruş, bıziləri uruz kimi oxuyurlar. Qafqaz Albaniyasında yurd salan Uruz nəsli bir müddət Albaniyada çar oldu, ancaq Pompey ilə döyüşdə məğlub olaraq İveriyaya çəkildilər. Orada Uruz şəhərini saldılar. Gürcülər həmin çəhəri Xll əsrdə Uruztav, XVll əsrdə Rustavi adlandırdılar. Qıpçaq dilindən alınan tav sözü gürcü dilində dağ deməkdir. Biz Avrasiya mədəniyyətinin yaradıcılarıyıq. Ancaq yaratdığımız o mədəniyyətə varislik iddialarımızı lazımınca əsaslandıra bilməmişik.
Ətraflı bilgi üçün bax: İlhami Cəfərsoy. «Türklər rusların soykökündə». Bakı, 1994, səh. 3-126. slavyan xalqı heç bir zaman mövcud olmamışdır.
