Balakən rayonunda veteranlara qayğı göstərilir

Balakən rayonunda qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyəti Başçısı İslam Rzayevin sərəncamıyla II dərəcə müharibə əlili Rəsul Şabanova, daha 17 şəhid ailəsi və müharibə veteranının məşğulluğunu təmin edilməsi məqsədiylə bazar ətrafı ərazilərdə yer ayrılıb.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev rayon İcra Hakimiyyəti Başçısı İslam Rzayevə və rayon Polis şöbəsinin rəisi polkovnik-leytenant Çingiz Aslanova veteranlar adından öz minnətdarlığını bildirib.


Bu barədə məlumat verən müharibə veteranı Vaqif Hümbətov bildirib ki, AVMVİB Balakən rayon şöbəsinin rəhbərliyi və üzvləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində müharibə iştirakçılarının Komandanlıq tərəfindən medallarla təltif edilməsi mərasimində iştirak ediblər. Medallar şücaət göstərmiş qazilərimizə və şəhid olmuş döyüşçülərinin ailələrinə verilib.

Türkay Xaqan

Bu xəbəri paylaşın: