ABŞ zabiti olan azərbaycanlının bacısı ilə ailə quran Tomas

Ermənistanın Qarabağda müharibə cinayətlərini Britaniya ictimaiyyətinə çatdıran əcnəbi vətəndaş sosial şəbəkələrdə kampaniya başladaraq Azərbaycan xalqının diqqətini çəkib.

Tomas Amiral Mudi Baku TV-yə verdiyi müsahibəsində 2011-ci ildən azərbaycanlı xanımla ailəli və üç övladı olduğunu deyib.

O, ABŞ-ın hərbi donanmasında xidmət edən azərbaycanlı hərbi zabit Nəimi Amiral ilə necə tanış olduğundan bəhs edib:

“Nəimi ABŞ-da hörmət sahibi bir zabitdir və biz onunla fəxr edirik. N.Amiral çox təvazökardır və mən onunla ilk dəfə Britaniyada tanış oldum. Mən sevdiyim qadını ailəm ilə tanış etmək üçün apardıqda o da gəldi və beləcə biz tanış olduq”.

Övladlarınızın da gələcəkdə dayıları kimi hərbçi olmağını istəyərdinizmi? — sualına Tomas belə cavab verib:

“Bu, mənim üçün çox xoş olar”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bu xəbəri paylaşın: