Alman kəşfiyyatının şok “patı” məlumatı — XANKƏNDİDƏ HAZIRLANIR

Son günlər “patı” bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.

Fedai.az yenisabah.az-a istinadənxəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən “patı” Xankəndidə hazırlanır.

Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.

Mənbənin bildirdiyinə görə, Xankəndidə “Patı” istehasl edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər.

Mənbə bildirib ki, əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir.

P.S. Fedai.az Sterliqovla bağlı yazıda narkotika istehsalı məsələsinə toxunmuşdu və Qubadlı rayonunda bitən yabanı bitki haqqında məlumat vermişdik. Bu günlərdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumatda, tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilməsi xəbər verilmişdi.

Bu xəbəri paylaşın: