Atəşkəs elan edən Ermənistan atəşi kəsməyib

Azərbaycan Müdafiə Nazirliyinin ən son məlumatına görə, Ermənistanla sərhəddə hələ də atışma davam edir.

Çərşənbə gününə keçən gecə pozulan atəşkəs nəticəsində ölən və yaralananlar var.

Ermənistan 3 hərbçisinin öldüyünü, ikisinin yaralandığını bildirib. Azərbaycan da iki hərbçisinin yaralandığını açıqlayıb.

Azərbaycan və Ermənistan atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi yaydığı son məlumatda bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünü qəbul etsələr də, «Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqeləri atəşə tutmaqda davam edir». 

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, iyulun 28-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Nəticədə Azərbaycanın iki hərbi qulluqçusu — Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb, nazirlik bildirib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: