Təbrik: Həkim Ramiz Əsgərov

Müharibənin ilk günlərindən, həm həkim kimi, həm də əldə silah bir əsgər kimi doğma Qarabağın müdafiəsinə qalxanların ön sıralarında yer almış həkim, müharibə veteranı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü Ramiz Əsgərovun ad günüdür.


Onlarla, yüzlərlə həkimlərimiz, tibb işçilərimiz könüllü şəkildə bu müharibəyə qoşuldular, yaralı hərbçilərimizi həyata qaytarmaq, şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında öz vəzifələrini icra etdilər. Təsadüfi deyil ki, şəhidlərimiz arasında həkimlərimizin də adlarına rast gəlirik. Və II Qarabağ müharibəsində tək qadın şəhid də məhz tibb işçisi oldu. Hər bir yaralı əsgərin ümüd yeri olan həkimlərimiz elə 44 günlük Vətən müharibəsində də öndə idilər.


Ramiz Əsgərov da belə həkimlərimizdəndir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai kollektivi həkim, müharibə veteranı Ramiz Əsgərovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


Bütün gözəlliklər sizin olsun, Ramiz həkim!


AVMVİB sədri ad günü münasibətiylə həkim Ramiz Əsgərovu və I və II Qarabağ müharibələrində iştirak etmiş Rafiq Məmmədovu AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edib.


Təbrik edirik!


AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: