Rusiya Federasiyasında bir azərbaycanlını öldürməkdə təqsirləndirilən Misak Lazaryan həbsdən azad edilb.
Moderator.az-ın məlumatına görə bu barədə Ermənistan Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arevik Xaçatryan deyib.
Ermənistanın “fakt.info” saytında bu haqda yayılan informasiyada bildirilir ki, cinayətkar Misak Lazaryanın barəsəində Ermənistanda sənədləri saxtalaşdırmaq iddiası ilə yeni cinayət işi başlanıb. Digər tərəfdən, Rusiya vətəndaşı olan Lazaryanın Rusiya Federasiyası hüquq mühafizə orqanlarının tələbi ilə onun bu ölkəyə ekstradisiyası qəbul edilsə də koronavirus səbəbindən proses qeyr-müəyyən vaxta təxirə salınıb.
Ona görə də Misak Lazaryan həbsdən azad edilib.
Qeyd edək ki, qətl hadisəsi 2011-ci ilin dekabr ayında baş verib.
Rusiyanın Amur Vilayətinin Rayçixinsk şəhərində restoranlardan birində ermənilərlə azərbaycanlılar arasında münaqişə yaranıb. Münaqişə zamanı odlu silahdan açdığı atəşlə M. Lazaryan azərbaycanlılardan birini qətlə yetirib.
Lakin o, cinayətdən sonra Ermənistana qaça bilib, digər erməni isə indiyədək axtarışdadır.
M. Lazaryan Ermənistanda keçmiş hakimiyyətin bəzi nümayəndələri tərəfindən himayə edilib və onun Rusiyaya ekstradisiyasına imkan verilməyib. Ondan sadəcə ölkədən çıxmamaq barədə iltizam alınıb.
Yalnız Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra, 2019-cu ildə Misak Lazaryan saxlanılıb və onun Ruisiyaya təhvil verilməsi haqqında məhkəmə qərarı çıxarılıb. Qatil qərara etiraz olaraq həbsdə aclıq aksiyası keçirib və Ermənistan ictimaiyyətinin tanınmış nümayəndələri tərəfindən müdafiə edilib.
Koronavirusun yaratdığı şəraiti bəhanə edən Ermənistanın məhkəmə orqanları onu həbsdən azad edib.