Sular altında qoyulan tariximiz: Mingəçevir xəzinəsi

İLHAMİ Cəfərsoy

Elmlər doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri

Babək ilə ərəblərin müharibəsinin qızğın çağı idi. Heydər ibn Kavus Afşinin yaxın qohumu Minq Çavır indiki su-elektrik stansiyasının yerindən zəngin xəzinə tapdı.

Ancaq tapdıqlarını ərəblərdən gizlədib, vətəninə Usruşanıya göndərdi. Bundan xəbər tutan xəlifə onu dar ağacından asdırdı. Həmin sərkərdənin adı ilə xalq o yeri Minq Çavır adlandırdı. Sonra həmin söz Mingəçevir şəklinə düşdü.

Minq Çavır Min tayfasından olan Çavır, yəni qartal deməkdir. Sovetlərin zamanında Kür çayının qarşısını kəsib su-elektrik stansiyası tikməyə başladılar. Yenə həmin yerdən xəzinə tapıldı. Ən qiymətli tapıntı bürünc şamdan idi. Onun üzərində Alban əlifbası yazılmış Tanqri sözü oxunanda bütün ermənilər hərəkətə gəldilər. Danos danos dalınca yazıldı.

Azərbaycan tarixinin qiymətli abidələri Kür çayının sularına qərq olundu. Bir qədər sonra Bolnisidən Türk əlifbası ilə yazılmış başqa bir mətn tapıldı. Onu da Azərbaycan alimlərindən gizlətdilər. İndi həmin yazılı mətn Gürcüstanın Gelati muzeyində saxlanır. O yerdə ki, Gəncə qapıları dustaqdır. Dörd yanımız millətçi qonşulardır.Bizə deyirlər ki, dözün multikulturalist olun. Yəni biri sizi minmək istəyirsə, belinizi aşağı əyin.

Mingəçevirdən tapılmış arxeoloji tapıntılar
Bu xəbəri paylaşın: