İsveçdə artıq 4 mindən çox insan öz dərilərində şəxsiyyət vəsiqələri, qatar biletləri və ya açarlar daşıyır. Gündəlik həyatı asanlaşdırmaq üçün çipləri dərinin altına yeridilən İsveçlilər, bu fişlərlə qapını aça bilər, qatar bileti əvəzinə çiplərdən istifadə edirlər.
Kart, şəxsiyyət, kredit kartı, bilet daşınması müddəti İsveçdə sona yetməkdədir. Ölkədə dəri altına müxtəlif yollarla yerləşdirilən düyü dənəsi boyda çiplərdən istifadə edənlərin sayı günbəgün artmaqdadır

.
Şirkətlərin ölkədə tətbiqlərini nəzərdən keçirdikləri son moda çiplər bir müddət öncədən dəmir yolu şirkəti tərəfindən istifadə edilirdi. Dəmir yolu şirkəti öz fişlərini skan edərək sərnişinlərin biletlərini yoxlayırdı. Çipi dərinin altına qoyan Biohax International şirkətinin direktoru Jovan Österlund deyir: «Texnologiya yenidir, lakin əhəmiyyətli dərəcədə artmaqdadır».
Österlund, «Bu texnologiya açarları və debet kartlarını əvəz edəcək və sağlamlıq məqsədləri üçün istifadə edəcəkdir. Ancaq bu günə qədər cəmiyyət bu texnologiya ilə ayaqlaşa bilmirdi. Buna baxmayaraq ən azı 3500 nəfər şirkətimiz tərəfindən inyeksiya (peyvənd) edilib. 2018-ci ildə tətbiqinə başlanan texnologiyaya maraq gündən-günə artmaqdadır. ”

Kredit kartları, biletlər, açarları əvəz edən çiplər İsveçlilərin sağlamlıq məlumatlarını da özündə saxlayır. İngilis alim Ben Libberton, sağlamlıq ölçmələrini icra edən çip təhlükə zamanı zəng çaldığını söyləyib. Şəxsi məlumatların necə istifadə olunmasının vacibliyini bildirən Libberton, “Əsl problem bu məlumatların sahibinin kim olmasıdır.

Sığorta şirkətlərindən mənim xəstə olduğumu bilmədən mükafatlarımın artdığını göstərən bir məktub alacağammı? Nahar, idman və iş saatlarımı bu çipdə saxlasam, kimsə bundan istifadə edə bilərmi? Bu cür narahatlıq yaradan suallar ola bilər. ”
Mütəxəssislər, çip qoyulmasının təhlükəsi barədə xəbərdarlıq edirlər. İnsanların hərəkət profilinin ortaya çıxa biləcəyini vurğulayan mütəxəssislər, insanların kobay-donuz kimi istifadə olunma riskinin olduğunu vurğulayırlar.
Sadəcə deyək ki, damğalı qullar dövrünü, cipli bioloji varlıqlar dövrü əvəz edir…
Elnur Səlim
