Hörmətli Prezident!
Bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Görülən bütün tədbirlər, şübhəsiz ki, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi də görülən tədbir sırasındadır. Koronavirusla MDF yaradılması, yeni xəstəxanaların açılışı, 6 modul tipli xətəxananın tikintisinə qərarın verilməsi Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından bir daha əminlik ifadə edir.
Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Yürüdülən düzgün siyasət, mübarizənin düzgün qurulması və əhalinin bu işlərə cəlb edilməsi tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ölkənin ən iri ictimai birliyi olaraq 67 minlik veteranlar ordusu adından ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə hər bir ölkə vətəndaşına örnək sayılacaq bir fəaliyyətə görə təşəkkür edir və işlərində uğurlar arzu edirik.
Biz veteranlar əminik ki, Sizin rəhbərliyiniz altında bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun!
AVMVİB sədri, Füzuli Rzaquliyev