Ermənilər canlı yayımda öskürən Paşinyanı ələ saldılar — VİDEO

Aprelin 17-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyası vasitəsilə xalqa ünvanladığı telemüraciət ətrafında yaranmış qalmaqal daha da böyüməkdədir.

Çıxışı zamanı Paşinyan ölkədə koronavirusa görə elan olunmuş fövqəladə rejimin daha bir ay da uzadılacağının vacibliyini qeyd edib.

Növbəti gün isə sosial şəbəkələrdə Paşinyanın efirə hazırlaşma kadrları yayılıb. Həmin kadrlarda hökumət başçısı gülür, zarafat edir, öskürərək su içir. Bu kadrlar xüsusi olaraq montaj edilərək bir videoçarx şəklində hazırlanıb. Kadrların sosial şəbəkədə necə yayıldığını nə hökumət, nə də İctimai televiziya açıqlaya bilmir.

Sosial şəbəkələrdə bu kadrlara görə ələ salınan Paşinyan hökuməti televiziyanı ittiham edib. Baş nazirin müşaviri hesab edir ki, Paşinyan həmin vaxt efirdə olması haqqında məlumatlandırılmalı idi.

Qalmaqala görə İctimai televiziyanın rəhbərliyinin istefaya gedəcəyi gözlənilir./Oxu.az/

Bu xəbəri paylaşın: