Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

Fedai.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Prezident İlham Əliyevin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət verməsinin səbəbi bəlli olub.
Belə ki, N. Bağırov bir neçə gün öncə karantin qaydalarını pozaraq bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib. N. Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.