Mübariz Mənsimovun azadlığa buraxılması barədə xəbər yayıldı

FETÖ əlaqələrinin olması səbəbi ilə həbs olunan məşhur iş adamı ilə bağlı qərr verilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan «Palmali» Şirkətlər Qrupunun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa buraxılıb.

İxa.az-a bu barədə Türkiyədə yaşan soydaşlarımızdan biri məlumat verib.

Onun sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb. İş adamının həbsi ev dustaqlığı ilə əvəz olunub.

Yayılan məlumatla bağlı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva açıqlama verib.

O bildirib ki, Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır:

“Bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlir. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.

Bu xəbəri paylaşın: