Koronovirus statistikası

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılmışdır.

Dünyada koronavirusa yoluxanların sayı 2 609 100 nəfərdir.

Virusdan ölənlər 182 151, sağalanlar isə 714 195 nəfər təşkil edir.

Ölkələr arasında virusa yoluxma halına görə ABŞ (829 392 nəfər), İspaniya (208 389 nəfər) və İtaliya (187 327 nəfər) ilk üçlükdə mövqelərini qoruyurlar.

Ən az yoluxma halı müşahidə olunan dövlət isə bir yoluxma faktı ilə Yəməndir.

Bu xəbəri paylaşın: