Qadınlar Əfqanıstanın Herat vilayətinin küçələrinə çıxaraq qadın hüquqları və hökumət işlərində iştirak tələbləri ilə keçirilən nümayişdə iştirak ediblər.
Bu barədə RİA “Novosti”yə mənbə məlumat verib.
Bundan əlavə, keçmişdə olduğu kimi, gələcək Əfqanıstan hökumətində qadınların iştirakına çağırış edən nümayişçilər, qadınların təmsilçiliyi olmadan heç bir «hökumətin davamlı və uzunömürlü ola bilməyəcəyi» şüarı ilə çıxış ediblər. Aksiya iştirakçıları “Taliban”a qarşı çıxışlar ediblər.
Nümayişçilər beynəlxalq ictimaiyyəti «əfqan qadınlarını da unutmamağa» çağırıblar.
Bu barədə Tolo News məlumat yayıb. Nümayişdə yerli fəallar, dövlət qurumlarında çalışan tələbə qadınların iştirak etdiyi qeyd olunur.
Mənbə: RİA Novosti
