“Taliban” “müqavimət”ə qarşı Pəncşir əyalətində hərbi əməliyyat keçirməyi qərara aldı

Dünən gecə “Taliban” “müqavimət”ə qarşı Pəncşir əyalətində hərbi əməliyyat keçirmək qərarı verib. Məsələ bu qərarın verilməsindən öncə Rusiyanın daim dezo və feyk xəbərləri ilə anti Azərbaycan mövqeli KİV-ləri və Azərbaycanın məmuriyyətinin bol-bol pul verdiyi «saytların birləşmiş xüsusi təyinatlı eşalonları» 300 Talibançının «öldürüb», 40 nəfəri əsir alaraq, azı 4 gündür «ölüm — dirim» savaşı aparır. Talibanları Pəncşir vadisəndə yaş yuyub, quru sərirlər. Məsudun üsyançı dəstələri, İranın SEPAH, Rusiyanın «Vaqner» muzdlularıyla yanaşı bizim «muzdlu jurnalist» ordusu Simonyan Marqaritanın rəhbərliyi ilə və Modest Kolerovun planı üzrə «döyüşməkdədirlər».

Beləcə Azərbaycan jurnalistikası hələ Əhməd Şah Məsudun oğlu Əhməd Məsud “Pancşir dirəniş qrupu”ndan cəld tərpənərək Talibanı «biçib tökür». Boyuna ip ölçüm amerikalıların, niyə bizim jurnalistləri orada qoyub arxayın çıxmırdılar? 

Bu barədə qlobal informasiya nəhənglərindən hesab olunan Əl-Cəzirə telekanalının verdiyi xəbərə görə, onlara qarşı hücuma başlamaq qərarı Pəncşir müqavimətinin lideri Əhməd Məsudla əyaləti silahlıların nəzarətinə təslim etməməsindən sonra «Taliban” tərəfindən qəbul edilib.


Daha əvvəl «Taliban” nümayəndəsi Zabiullah Mücahid Əfqanıstanda müqavimət qüvvələri ilə danışıqlarda irəliləyiş olduğunu bildirmişdi. O, müharibənin qarşısının alınacağına və məsələnin «qarşılıqlı anlaşma yolu ilə həll ediləcəyinə» ümid etdiyini bir daha xatırladıb.

Rusiyanı anlayıram. Bu günədək Talibanı terror təşkilatı kimi tanıyır və ölkələri hüdudlarında onun fəaliyyətini qadağan edib. Amma Lavrov bu qərarı pozaraq Taliban rəsmilərini qəbul edib yola salır. İranı da anlayıram. Bəs Azərbaycan məmurlarının pul torbasından asılı olan «bizim» bu saytlar nə istədiklərini izah edə bilərlərmi? Bizim hansı Dövlət marağımız bu cür feyk xəbərlərdən asılıdır? Evin yıxılsın 5-ci kolon, görəsən bu jurnalistlərin komandanıı Vüqar Səfərov daha kimlərin adını çəkib?

Beləcə, «Taliban” nümayəndəsi Zabiullah Mücahid, nə əcəb bizim jurnalistlərimizin 4 günlük «müharibə»sindən söz açmayıb. Özü də qlobal informasiya nəhəngləri Bloomberg, CNN, Əl Cəzirə və qeyriləri belə bir hücum faktını qeyd etməyiblər. Yəqin bizim «media kaptanlarına» paxıllıq ediblər. Anan ölsün, Azərbaycan jurnalistikası, səndə nələr varmış?

Görəsən niyə, bu ölkədə hər kəs gedib öz işiylə məşğul olmur?

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: