Sentyabrın 4 -də Qarabağın quldurbaşısı Arayik Arutyunyan bir sıra şəxslərə «artsax qəhrəmanı» adı verib.
NEWS.am -a bu barədə Araikin mətbuat xidmətindən məlumat verilib.
Xüsusilə, Arutyunyan, Ermənistan cəbhə nazirinin müşaviri general -mayor Vardan Avetisyana və hərbi lider Artur Aleksanyana müdafiə və təhlükəsizliyin təmin edilməsində göstərdikləri müstəsna xidmətlərə görə və şəxsi cəsarətlərinə görə «artsax qəhrəmanı» adına layiq görüb. Habelə Qarabağda qanunsuz terrorçulardan ibarət hərbi hissəsinin hərbi tibb şöbəsinin baş cərrahı, tibb xidməti polkovniki Samvel Gevorkyana peşəkarlığı və şücaətinə görə bu adı verib.
Onlar «Qızıl Qartal» medalına layiq görüldülər.
Çıxışında Arutyunyan qeyd etdi ki, Qarabağ ağır sınaqlardan sonra aktiv şəkildə sağalır və Vətənə göstərilən xidmətlərin qiymətləndirilməsi, ilk növbədə, həyat fəaliyyətimizin davamının əyani sübutudur.
«Gündəliyimiz dəyişməyib. Bu gün, hər zamankindən daha çox, bütün güclərimizi birləşdirməliyik, layiqli gələcəyimizi qurmaq üçün səy və enerjimizi əsirgəməməliyik» — deyə üzdəniraq quldurbaşı bildirib.
İkincisi, Vətənin müdafiəsindəki əhəmiyyətli töhfələrinə və döyüşlər zamanı göstərdiyi müstəsna cəsarətə görə bir sıra digər şəxslərə orden və medallar təqdim edilib.
Tərcümə: Zəkəriyya Rəhimov
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi