COVİD pasportu olmayanların sosial ödənişləri DAYANDIRILACAQ? — AÇIQLAMA

osial şəbəkələrdə Ağcabədidə ABB — Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, — elanda qeyd olunub.

“Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.

Bu xəbəri paylaşın: