Səlcuq Bayraqdar inqilabi yeniliyi açıqladı: Dünyada bənzəri yoxdur

“Pilotsuz uçuş təyyarələri ilə bağlı hərb sahəsində inqilab edəcəyik”.

Metbuat.az xəbər verir ki, Baykar şirkətinin texniki direktoru Səlcuq Bayraqdar belə açıqlama verib. O bildirib ki, təyyarələr dünyadakı rəqiblərindən fərqli olaraq, qısa zolaqları olan hərbi gəmilərə də eniş edib qalxa biləcək. Bunun dünyada bənzəri yoxdur.

Bayraqdar həmçinin bildirib ki, Türkiyə SİHA-ların da hərbi gəmilərə enib-qalxmasını təmin etmək üçün yeniliklər edəcək. Bu da dünyada ilk olacaq.

Bu xəbəri paylaşın: