AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlu öğlu 14 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
O, 1983-cu ildə Bakı şəhər 171 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 1993 -cü ildə həmin məktəbi, 1997-ci ildə isə Azərbaycan Texniki Universitetin avtonəqliyyat fakültəsini qiyabi bitib.
1994 — cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən tədris hərbi hissəsində cavuşlar kursunu, 2000 -ci ilin fevral ayında isə Daxili Qoşunların zabitlər hazırlayan məktəbi bitirmişdir.
Ehtiyyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlu 1994 -2016-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi, Xəzər, Hacıqabul, Zaqatala rayonlarında, Şəki şəhərində, manqa komandiri, taqım komandirinin müavini, avtomobil və və zirehli texnikanın təmir taqım komandiri, avtomobil və zirehli texnika bölüyündə taqım və böluk komandiri, avtomobil və zirehli texnika taborunda tabor komandinin texniki hissə üzrə müavini, hərbi hissənin avtomobil və zirehli texnika xidmətinin rəisi vəzifələrində xidmət edib.
Ağacamalov Sultan Mirzə oğlu Daxili Qoşunların Baş İdarəsinin zabitlər hazırlayan məktəbi bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti fəaliyyəti ilə yaxindan taniş olmaq məqsədilə, Ankara, İstanbul, İzmir, Foce şəhərlərində yerləşən hərbi hissələrdə işgüzar səfərdə olmuşdur.
Ehtiyyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbı andın,hərbi niizamnamələrin ,avtomobil və zirehli texnika üzrə direktivlərin, təlimatların,əsasnamələrin,əmrlərin tələblərinin və vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır.

Ağacamalov Sultan Mirzə oğlu peşəkarlığı və humanistliyi ilə, təcürbəsi, nəzəri və praktiki biliyi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkini ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 ilini şərəfli xidmət yoluna- Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmişdir.
Mayor Ağacamalov Sultan Mirzə oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, şəhrədə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Daxili Qosunlarin Bas İdarəsi tərəfindən keçirilən yekun, ümumi və təlim yoxlamalar eləcədə avtomobil, zirehli texnikaya illik baxışlar zamanı onun taqım və böluk komandiri olduğu böluk, avtomobil və zirehli texnika xidməti, Daxili Qoşunların hərbi hissə və əlahiddə bölmələri arasında yüksək nəticələr göstərərək qabaqcıl yerləri tutduğu üçün Daxili Qoşunlar Komandanı və onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə özü və komandir olduğu bölmələrin həvəsləndirmə qaydasında mükafatlandırlıb.
Ehtiyyatda olan mayor Ağacamalov Sultan Mirzə oğlu Daxili Qoşunların Baş idarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində, xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin , hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə , fəxri fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının 10- illik , 90-ıllık və 95- illk ilik yubley, Qüsursuz xidmətə görə isə 1-ci, 2-ci və 3- cü dərəcəli medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SULTAN BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!..
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev









