Ramin Bayramlı istefa verib

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.


Bununla bağlı o, özünün tvitter hesabında yazıb.

«Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.


İstər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm». — deyə R.Bayramlı qeyd edib.

Bu xəbəri paylaşın: