Ərdoğan Baydeni SƏRT TƏNQİD etdi: Putindən isə çox şey gözləyirəm

“İki NATO ölkəsi — ABŞ və Türkiyə arasında münasibətlər başqa səviyyədə olmalı idi. Belə deyilsə bunu ifadə etmək lazımdır”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, həm ABŞ-la, həm də prezident Co Baydenlə olan münasibətlər istənilən səviyyədə deyil:“Mən ABŞ liderlərinin heç biri ilə belə problem yaşamadım. ABŞ hazırda terror təşkilatlarına yüksək səviyyədə dəstək verir”.


Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutacaq görüş barədə də danışıb:


“Mənim cənab Putindən gözləntilərim çox daha fərqlidir. Suriyada vəziyyət Türkiyə üçün təhdid təşkil edir. Dost ölkə olaraq da, cənab Putindən daha doğrusu Rusiyadan əməkdaşlıq və fərqli yanaşma gözləyirəm. Rusiya ilə münasibətləri daha da genişləndirmək niyyətindəyik. Göründüyü kimi Suriyadakı gərginlik ABŞ-ı narahat etmir”.

Mənbə: Metbuat.az

Bu xəbəri paylaşın:
  • 1
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •