Abbas Hüseynli
AVMVİB sədrinin müavini, AVMVİB Polis veteranları şöbəsinin sədri
Torpaqları necə azad etməli məqaləsini yazdıqdan sonra hörmət etdiyim məktəb direktoru mənə yazdı ki, «Sizin məqalənizi oxudum, hər şeyi doğru yazmısan, lakin hansı yolla biz hakimiyyətə sızmış olan ermənilərdən azad ola bilərik, mümkünsə, bu barədə məlumat verəsiniz?»
Bəli, doğrudanda verilmiş sual çox gözəl sual olmaqla yanaşı, həm də həlli bir qədər çətin olan sual olduğunu gördüm. Bunun çətinliyi ondan ibarətdir ki, qarışıq ailələr artıq hakimiyyətin daxilində elə kök salmışlar ki, onlardan hakimiyyətimizi təmizləmək çox çətindir. Lakin, mümkün olan məsələdir. Biz nə etməliyik?
1-ci növbədə ölkə prezidentinə müraciət edərək hakimiyyətin 3 qolunda da yerləşmiş qarışıq erməni ailələrindən qurtulmaq üçün kömək istəməliyik. Bundan sonra dövlətin Qanunverici, İcra edici və məhkəmə hakimiyyətində olan qarışıq ailələrin siyahısını çıxarmalı və bunların kimilikləri barədə geniş ictimaiyyətə məlumat verməliyik. Heç kimə gizli deyil ki, Azərbaycan Respublikasında anası və arvadı erməni olan şəxslər, həyat yoldaşları və analarının adlarını dəyişdirərək azərbaycanlı, rus, gürcü və sairə adları vermişlər. Bunlara da aydınlıq gətirilməli, bu ad dəyişdirilmədə iştirak edən məmurlar barədə də ölcü götürülməsi üçün müvafiq orqanlara müraciət edilməlidir. Vəzifədə olan erməni ailələrinin vəzifədə olan şəxslərinin tutduqları vəzifələrdən azad edilmələri üçün Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul etməliyik. Hörmətli Prezidentimizin qarşısında məsələ qaldırmalıyıq ki, bu şəxslər dərhal tutduqları vəzifələrdən azad olunmalı və indiyənə qədər vəzifədə olan fəaliyyətləri yoxlanılmalıdır. Bəzən kütləvi informasiya vastələrində belə dezinformativ məlumatlar verilir ki, bəzi erməni qarışıq olan ailələrin Ermənistan Respublikasında ticarət obyektələri, turist mərkəzləri və erəmənilərlə birlikdə biznes ortaqlıqları vardır. Mən başa düşə bilmirəm belə bir məlumatlar varsa, nəyə görə həmin məlumatlar prokurorluq orqanları tərəfindən yoxlanılmır və bu barədə ictimaiyyətə məlumtlar verilmir?
Doğrudur, Azərbaycan dünyada multikultural dəyərlərə sahib bir ölkə kimi tanınmaqdadır. Lakin bu o demək deyil ki, düşmənə kolonluq edən hansısa qüvvələr hakimiyyətin strateji qollarına sızmalıdır. Bizim hərbi doktirinamız var və dövlətçilik üçün təhlükə doğuran hər bir xırda nüans belə diqqətdən qaçmamalıdır. Üzdə özlərini hakimiyyətə «sədaqətli, loyal» göstərən bu qüvvələr, əslində Ali Baş Komandanın düşmənə qarşı etdiyi çağırışlar və verdiyi sərt bəyanatlar zamanı ciddi pozuçuluq hərəkətlərinə, sabotaja yol vermişlər. İ. Əliyevin İrəvanla bağlı tarixi bəyanatından az sonra ölkə boyu elektrik enerjisinin kəsilməsi faktı ciddi araşdırılmalıydı…
1988-1990-ci illərə qədər Ermənistan Respublikasından köckün düşmüş soydaşlarımızın həmin vaxtları əllərindən Ermənistan Respublikası pasportları kütləvi şəkildə yığılmağa başlandı, sonradan isə həmin pasportlar yandırıldı.
Bunların edilməsinin təşkilatçısı ermənilər olsa da bu cinayət faktını içərimizdə olan şəxslər həyata keçirdilər. Məqsəd isə dünyaya Ermənistan Respublikasında Azərbaycanlıların yaşadığını sübut edən vasitəni aradan götürmək olmuşdur. Bu pasportları yığıb- yandırma əməliyyatını həyata keçirən Azərbaycan Respublikasında vəzifədə olan şəxslər müəyyən edilməli və onlar müddət keçməsindən asılı olmayaraq «Vətənə xəyanət» maddəsi ilə cəzalandırılmalıdırlar. Bu cinayət faktının üstünü açmaq və cinayət hadisəsini törədən şəxsləri məsuliyyətə cəlb etmək heç də çətin deyildir. Belə ki, hamıya məlumdur ki, həmin vaxtları köçkünlərdən kimlər pasportları yığırdılar və sonradan isə həmin pasportları kinlər yandırdılar.
Mən sizi inandırıram ki, həmin şəxslərində ailəsində mütləq erməni əsilli kimlərsə olmalıdırı ki, belə bir cinayət hadisəsini törətsin. Beynəlxalq İnsan Haqları məhkəməsi öz yurd-yuvalarından didərgin düşmüş şəxslərin hüquqlarını müdafiə edir.Ona görə də İnsan Haqları Məhkəməsinə müraciət edilməlidir. Bunun üçünsə zərərçəkmiş şəxslərin yaşadığı yerlər üzrə pasportlarının olması vacib haldır. Bunu köçkün faktını həyata keçirənlər yaxşı bildiklərinə görə, Azərbaycanda olan öz qohum-əqrabaları vasitəsi ilə bu cinayət hadisəsinin üstünü örtmək üçün soydaşlarımzın pasportlarını kütləvi şəkildə yandırdılar.
Bir faktı məlumat üçün deyə bilərəm ki, 1993-cü ildə Moskva şəhərində keçirilən Helsinki İnsan Haqları üzrə konfransda Azərbaycan Respublikasından həmin konfransa qatılmış araşdırmaçı, Sənubər xanım çıxış edib, Ermənistan Respublikasından yüz minlərlə azərbaycanlının zor gücünə, soyqırıma məruz qalaraq min illərlə yaşadıqları torpaqlardan qovulmalarını dedikdə, erməni tərəfdən konfransda iştirak edən erməni nümayəndəsi buna öz etirazını bildirərək «Sübut edin ki, Ermənistan Respublikasında azərbaycanlı yaşamışdı» demişdi. Həmin vaxtı Sənubər xanım başqa soydaşlarından fərqli olaraq, özündə saxladığı Ermənistan Respublikası pasportunu çıxarıb konfrans iştirakçılarına göstərmişdi.
Bəli, həmin konfransda iştirak edən erməni elə bilmişdi ki, Azərbaycanda olan erməni qohumları Ermənistan Respublikasından məcburi köckün düşmüş bütün soydaşlarımızın pasportlarını yandırmışdır.
Əziz veteranlar!
Biz öz canımız və qanımızla torpaqlarımız uğrunda döyüşdük, çoxlarmız şəhid və əlil olduq. Hələ də Azərbaycan xalqına düşmən münasibət bəsləyən, biz döyüşçülərə yuxarıdan aşağı baxan məmurlar öz əməllərini davam etdirməkdədirlər. Biz onların bu çirkin hərəkətləri ilə barışmamalıyıq. Onların əsil simalarını üzə çıxarmaq üçün mübarizə aparmalı və yalnız müharibə yolu ilə torpaqlarmızın azad edilməsinə hazır olmalıyıq.
Ananızın kim olmasından asılı olmayaraq, bu adamlar unutmamalıdırlar ki, hamımızın bircə anamız var, o da Azərbaycandır! Yad analara xidmət edənlər, ən azı bu ölkədə yaşamamalıdırlar!
