Gürcüstanda məktəblərin və tədris müəssisələrinin sentyabrın 1-nə qədər açılacağı gözlənilmir.
Fedai.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya açıqlama verib. Hökumət başçısının sözlərinə görə, onlayn tədris prosesi qaydasında davam edəcək və bu il tədris ilinin elan olunacağı gözlənilmir.
“Təhsil sentyabrın 1-dək bərpa edilməyəcək, bununla belə tədris ili elan olunmayacaq. Təhsil prosesi yaxşı gedir”,- deyə Baş nazir açıqlamasında qeyd edib.
Qaxariyanın sözlərinə görə, təhsil üçün gələcək planların ayrıca təqdimatı planlaşdırılır./Qafqazinfo/
