Son zəng çalınacaqmı? RƏSMİ

“11-ci siniflər üçün “Son zəng”in keçirilməsi hər bir şagirdin həyatında xüsusi yer tutur. Amma prioritetlərimizi düzgün qiymətləndirərək, deyə bilərik ki, bu tədbirin keçirilməsi sonra da baş tuta bilər. 11-ci sinif şagirdlərinin hər biri yetkin şəxslərdir və onlar vəziyyəti düzgün qiymətləndirə bilirlər”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov belə deyib.

Nazir qeyd edib ki, şagirdlərimiz kreativlik nümayiş etdirərək, “Son zəng” tədbirini onlayn rejimdə də təşkil edə bilərlər:

“İndiki məqamda biz kütləvi tədbirlərdən çəkinməliyik”.

Bu xəbəri paylaşın: