Ermənilər, deportasiyada rol oynadıqlarını düşündükləri paşalardan başqa, «Böyük Ermənistan» xəyallarına maneə olaraq gördükləri dövlət xadimlərinə sui-qəsd etməyi planlaşdırırdılar.
Bu dövlət xadimlərindən biri də Mustafa Kamal Atatürk idi. 1924-cü ilin oktyabrında 5 erməni komitə üzvü, Yunanıstanda Mustafa Kamala sui-qəsd etmək üçün İstanbula gəlmişdilər. Gələn kəşfiyyat məlumatına uyğun olaraq hərəkətə keçən polis bir qrup ermənini həbs etdi.
Məhkəmə prosesi nəticəsində Manok Manukyan adlı bir erməni edam edildi. 26 sentyabr 1927-ci ildə İstanbulda Altunyan dəstəsi adlanan bir qrup erməninin Atatürkə sui-qəsd cəhdi zaman qatillərlə polis arasında atışma oldu və qəsdin qarşısı alındı.
Qarşıdurmada 3 qatil öldürüldü.
Fərid Səlimov