Fedai.az könüllülərinə daha 2 nəfər qoşuldu

Fedai.az könüllüləri sırasına daha iki nəfər qoşuldu. Məqsədimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) informasiya siyasətini qurmaq və Birliyə könüllülərin iştirakıyla informasiya dəstəyi verməkdir.

Fedai.az könüllüləri sırasına qoşulanlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri, daim saytımızla sıx əlaqələri olan, yazıları və çəkdiyi fotolarıyla tanıdığınız Azad Musayev və gənc fotoqraf Orxan Hüseynovdur.

Xatırladaq ki, Orxan Hüseynovun atası Salman Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədridir. Həmçinin Orxan Hüseynov bu sahədə göstərdiyi xidmətlərə görə AVMVİB Rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib.

Təbrik edir və yeni könüllülərimizə uğurlar diləyirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: