ATƏT-in Minsk qrupu (MQ) Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə kömək etməyə hazır olduğunu bəyan edib.
Bu barədə MQ həmsədrləri — İqor Xovaev (Rusiya), Andrew Schofer (ABŞ) və Stephane Visconti (Fransa) tərəfindən cümə günü yayılan rəsmi açıqlamada deyilir.
«Həmsədrlər, həmsədrlərin himayəsi altında bir-biri ilə görüşməyə hazır olduqlarını bildirən Prezident Əliyev və Baş nazir Paşinyanın açıq bəyanatlarını müsbət qəbul ediblər».
ATƏT-in Minsk qrupunun saytındakı bəyanata əsasən, həmsədrlər görüşün təfərrüatlarının müəyyənləşdirilməsi və növbəti addımların müzakirəsi üçün yaxın gələcəkdə bölgəyə səfər etməyə «hazır olduqlarını təsdiqləyirlər.»
Bundan əvvəl Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun vasitəçiliyiə ilə görüşə hazır olduqlarını bildiriblər.
İlham Əliyev ötən həftə İspaniyanın EFE agentliyinə müsahibəsində deyib ki, danışıqlar müharibənin bitdiyinin və həmin «səhifənin çevrildiyinin yaxşı göstəricisi» ola bilər.
Mənbə: BBC