Dünyada ilk dəfə Türkiyə lazer silahlı pilotsuz uçuş aparatı istehsal edib

Türkiyə dünyada ilk dəfə olaraq «Eren» adlı lazer silahlı pilotsuz uçuş aparatı istehsal edib.

«Margin.az» Türkiyə mətbuatına istinadən xəbər verir ki, «Eren» lazer silahlı pilotsuz uçuş aparatı müəyyən atəş məsafəsində atılan lazerin köməyi ilə hədəfi məhv edir. «Eren» lazer atışla 3 millimetrlik polad lövhəni 500 metrdən 90 saniyəyə, 300 metrdən 30 saniyəyə və son olaraq 100 metrdən 10 saniyəyə deşə bilib.

Bundan əlavə, «Eren» sahədəki partlayıcı elementləri müəyyən məsafələrdən lazerlə zərərsizləşdirəcək.

Bu xəbəri paylaşın: