Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı

Sultan Bəyazid Əmir Teymura qarşı savaşı uduzanda həyat yoldaşı ilə birlikdə əsir tutuldu.

Sultan Bəyazidin həyat yoldaşı bir ilə yaxın Əmir Teymurun əsiri oldu.

Onların əsirlikdə necə yaşadıqları məlum deyil.

Bəzi tarixçilər iddia edir ki, Bəyazidin arvadı əsirlikdə çox yaxşı yaşayırdı və Teymur ona bir hökmdarın arvadı kimi münasibət göstərmişdi. Bəzi tarixçilər isə əsirlikdə olan Sultanın arvadının bir xidmətçi olduğunu və Əmir Teymura qulluq etdiyini iddia edirlər.

Həyat yoldaşı Sultan Bayazid öldükdən sonra, Əmir Teymur sultanın arvadını əsirlikdə tutmadı, onu öz vətəninə göndərilməsini əmr etdi. Artıq, onu saxlamağa ehtiyac qalmamışdı, çünki əsas əsir vəfat etmişdi (Təkcə bu fakt sbut edir ki, Böyük Əmir Teymur türk törəsinə uyğun hərəkət edib və qulluqçu kimi saxlaması fikri uydurmadır-red.).

Bu, Şərqin böyük hökmdarı Əmir Teymurun xoş niyyət jesti idi.

Həqiqətən, Sultan Bayazidin keçmiş arvadı Olivera, çox sevdiyi əri öldükdən sonra bir daha ərə getməməyi qərara almışdı.

Əmir Teymur Sultan Bayazidin həyat yoldaşının qərarını bildiyinə görə, onun azadlığa buraxılmasını əmr etdi.

Teymur xan sultanın arvadını sərbəst buraxdıqdan sonra vətəni Serbiyaya qayıtdı və orada qalmağı hakimiyyət uğrunda mübarizənin qızışdığı Osmanlı dövlətinə qayıtmaqdan üstün tutdu.

Tərcümə Fedai.az-a məxsusdur

Bu xəbəri paylaşın: