Erməni medaiasının yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin qarşı tərəfin canlı qüvvələrinin «böyük itkilər» verdiyi, azı 6 zirehli texnikanın məhv edildiyini bildirib.
“Ermənistan tərəfində qurbanlar var, onlar haqqında daha dəqiq məlumat veriləcək”, — deyə Paşinyan qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində Rusiya tərəfinin 18-30-la vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən, döyüşlər dayandırılıb, vəziyyət nisbətən stabilləşdirilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan tərəfində gedən döyüşlər nəticəsində itkilər var, hazırda yalnız bir qurban — müqaviləli hərbçi, 1991-ci il təvəllüdlü Merujan Arutyunyan haqqında yenilənmiş məlumat var.
Yaralıların sayı da dəqiqləşdirilir. 12 erməni hərbçisi əsir götürülüb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, onlardan 7-si müddətdən artıq, 5-i isə müddətli hərbi qulluqçudur.
Xatırladaq ki, bir qədər əvvəl “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Eduard Ağacanyan bildirmişdi ki, ilkin məlumatlara görə, Ermənistan tərəfdən ölənlərin sayı 15 nəfərdir.
Elnur Səlim
