Müharibə veteranımız Həmid Əliş oğlu Əliyev Vətənimizdən uzaqlarda yaşayır.
Qəlbi daim Vətənimizlə döyünən döyüşçülərimizdəndir. Vətəndən uzaqlarda olsa da, 44 günlük Vətən müharibəsi günlərində qazanılmış Zəfəri böyük coşquyla qarşılayıb. Bu müqəddəs yolda öz canından keçən şəhidlərimizə həsr etdiyi şeiri sizlərə təqdim edirik.
Elmar Hüseynov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri
**********************
ANA VƏTƏNİMƏ QURBANDI CANIM,
AĞLAMA, TÖKÜLSƏ TORPAĞA QANIM,
ŞƏHİDLİK ZİRVƏSİ ŞÖHRƏTİM, ŞANIM,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
QƏHRƏMAN XALQIMIN ŞƏHİD BALASI,
DƏMİR YUMRUĞU VAR, UCA QALASI
DÜŞMƏNİ QIRIBDI GÖYDƏN PUASI,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
DÜNYANI OYADAQ TÜRKÜN SƏSİYLƏ,
ŞƏHİDLƏR CƏNNƏTİ XOŞ NƏFƏSİYLƏ,
MÖHTƏŞƏM 44 GÜN MÜHARİBƏSİYLƏ,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
ŞƏHİDLƏR SƏMADA ULDUZUM AYIM,
COŞUBDUR DAŞIBDI BULAĞIM, ÇAYIM,
İLHAMLA, ƏRDOĞAN ALLAHDAN PAYIM,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
ƏZİZ ANALARIN ƏZİZ DUASI,
SİLİNDİ QƏLBİMNƏN GÜLLƏ YARASI,
ŞƏHİDLƏR GÖZÜMÜN AĞI QARASI,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
LAÇINDA HƏMİDLƏ BAYRAQ UCALTDIQ,
SILDIRIM QAYADAN ŞUŞAYA QALXDIQ,
QƏLƏBƏ GÜNÜNƏ BAKIDAN BAXDIQ,
YAŞASIN ƏBƏDİ AZƏRBAYCANIM.
HƏMİD LAÇINLI

