Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini Rüstəm Muradov çərşənbə günü Bakıdan Yerevana bir erməni hərbçinin meyitini aparıb.
General-leytenant Rüstəm Muradovun təyyarəsi noyabrın 17-də axşam saatlarında Bakıdan Yerevana uçub, Ermənistan mediası bildirib.
Sputnik Armenia nəşrinin məlumatına görə, general Muradov Bakıdan Yerevana sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı ölmüş bir erməni hərbçisinin meyitini gətirib.
General Rüstəm Muradov bu ilin avqustunadək Qarabağdakı Rusiya kontingentinin komandanı vəzifəsini tutub.
Azərbaycan ilə Ermənistan arasında əsir və digər saxlanılan şəxslərin və eləcədə mina xəritələrinin mübadiləsi ilə bağlı indiyədək həyata keçirilmiş missiyaları Moskva bir qayda olaraq məhz Rüstəm Muradova həvalə edib.
Mənbə: BBC
