Beyləqanda şəhidin Anım tədbiri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Bolsulu kəndində şəhid Elnur Ramiz oğlu Xəlilovun Anım tədbirində iştirak ediblər.

Anım mərasimində müharibə veteranları ilə yanaşı, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, İcra Hakimiyyəti nümayəndələri, şəhidin döyüş dostları, kənd sakinləri də iştirak ediblər.

Şəhid Elnur Xəlilov Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək, Birlik adından Fəxri fərmanı şəhidin ailəsinə təqdim ediblər.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: