Redaksiyadan: Armina Ohanyan adlı jurnalist hraparak.am-dakı «2021, yoxsa 1821?» yazısını oxuyunca bu millətin xəstə olduğunu anlayırsan. Bunların yad torpaqlara tamah salması, sən demə bu xalqın ideologiyasıdır. Bu xalqın varlığı bəşəriyyət üçün təhlükədir. Bəşəriyyəti daim türklər xilas edib. Yəqin ona görə Tanrı bunları bizə urcah edib ki, dünyanı daha bir pislikdən təmizləyək…
Cəmi üç il və bu qədər dağıntı. Bunun nə üçün baş verdiyini, bu nöqtəyə necə gəldiyimizi, bu cür inkişafın qarşısını almaq üçün nə edilə biləcəyi ilə bağlı yüz minlərlə izahat tapmaq olar.
Bəziləri indiki vəziyyətin səbəblərini uzaq 90-cı illərdə, bəziləri 2000-ci illərdə, bəziləri hətta 1988-ci ildəki Qarabağ hərəkatını günahlandıracaqlar. Ancaq çoxlu sayda insan yazacaq ki, millətimizə mənəviyyat gətirən 1988-ci ilin romantik və ümid dolu hərəkatı, minlərlə insan itirdiyimiz 1992-1994-cü illərin amansız illəri, bundan sonrakı bütün sıxıntılar, çətinliklər özünü doğrultdu: biz qalib gəldik, biz əsrlər boyu itkilərdən sonra öz ləyaqətimizə qayıdıb düşmənə öz yerini göstərmişdik. Qurbanlara yas tutduq, çətinliklərdən gileyləndik, həyatımızın keşməkeşli olmasına təəssüfləndik, həm də qürurlandıq, qalib olduq.
2018-ci ildə bizə elə gəldi ki, əsas vəzifə iqtidarı cəzalandırmaq, legitim seçki keçirməkdir və biz dövlət başçısının 10 ildən sonra hakimiyyətdə qalmasına ürəkdən qarşıyıq. Bizə elə gəldi ki, bu, ən vacib şeydir.
Heç ağlımıza da gəlməzdi ki, məmurların korrupsiya və həyasızlığının, monopoliyasının, ədalətsizliyinin arxa plana keçəcəyi gün gələ bilər. Və belə çıxır ki, başqa, daha vacib şeylər var. 21-ci əsrdə də 19-cu əsrdəki kimi müdafiəsizik və düşmən BMT tərəfindən tanınan, eyni zamanda Avropa Şurası və KTMT-nin üzvü olan bir ölkəni işğal edib, qəssablıq edib əsir götürə bilər, sizin dövlətiniz səni müdafiə etməyə acizdir.

Armine Ohanyan
Tam məqaləni bu ünvanda oxuya bilərsiniz: https://hraparak.am/post/33a5aedbf923930884f78a2d15534893
