Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, Əməkdar jurnalist, polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.
Təranə Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub.

Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu.
Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib. «Əsgər» qəzetinin baş redaktoru, Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi işləyib. Bakı Dövlət universitetinin jurnalistika fakültəsini bitirib. Vətənpərvərlik mövzusunda qələmə aldığı materiallar müxtəlif mətbu orqanlarda çap olunub və Azərbaycan Jurnalistlər Birliyinin «H. Zərdabi mükafatına» layiq görülüb. Öz xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə DQ Komandanlığının əmriylə müxtəlif mükafatlarla, döş nişanı və yubiley medallarıyla təltif edilib.
Azərbaycan Respublikası örezidentininsərəncmıyla «Qüsursuz xidmətlərə görə» I, II və III dərəcəli medallarıyla və «»Əsgər» qəzetində çox illik səmərəli fəaliyyətinə görə «Əməkdar jurnalist» adına layiq görülüb.
AVMVİB Rəhbərliyi, AVMVİB sədrinin müavini, polkovnik Salman Musayev və Fedai.az kollektivi Təranə Oktay qızı Məmmədovanın vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun
